Yemiş fantastik qiymətə satıldı - Şok rəqəmlər

Yaponiyada keçirilən hərracda 2 yemişin qiyməti 2,7 milyon yen olaraq təqdim olunub.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, indiyə qədər Yaponiyada yemiş üçün ən yüksək təklif 2009-cu ildə 5 milyon yen səviyyəsində olub.
Bu dəfəki yemişlər də əvvəlkilər kimi xüsusi istehsaldır.

Yemişlər hər il Yaponiyanın Hokkaydo əyalətində yetişdirilən və ölkə daxilində baha qiymətə satılır.
Keçən il isə hərracda yemiş üçün ən yüksək təklif pandemiya səbəbindən 120 min yen olub.