“WhatsApp” yeni maraqlı funksiyanı işə salır - FOTO

“WhatsApp” öz istifadəçiləri üçün maraqlı funksiyanı işə salır.
Belə ki, istifadəçilər parametrlər menyusunda özlərinin rəqəmsal versiyasını yarada biləcəklər, bundan sonra mesencer avtomatik olaraq ondan bir sıra stikerlər hazırlayacaq.
Qeyd olunur ki, yaranan 3D avatardan əsas profil şəkli kimi istifadə etmək mümkün olacaq.
Yenilik mesencerin 2.22.23.9 beta versiyasında “Android” bazalı cihazlarda müəyyən olunub.
Hazırda funksiya yalnız bəzi testerlər üçün əlçatandır.
Yeni funksiyanın bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi hələlik məlum deyil.