Köçəri quş istirahət etmədən 13 560 kilometr uçaraq rekord qırıb


Yetkinlik yaşına çatmayan kiçik oxcüllüt quşu ən uzun fasiləsiz uçuş üzrə dünya rekordu vurub.

234 684 nömrəli qanadlı 2022-ci ildə Alyaskada anadan olub. Ornitoloqlar quşun kürəyinə yaddaş qurğusu olan GPS izləyicisi yapışdırıblar.

Oktyabrın 13-də quş Alyaskadan qalxaraq Tasmaniyadakı qışlama yerinə gedib. Yol boyu o, Aleut adaları, Havay və Vanuatu üzərindən uçub. Heyvanın uçuşu 11 gün çəkib və bu müddət ərzində o, 13 560 kilometr qət edib.

Ornitoloqlar 234 684-ün təkbaşına yox, bir qrup başqa yeniyetmə ilə səyahət etdiyini bildiriblər.

Maraqlıdır ki, gənc və yetkin oxcüllütlər qışlamaq üçün bir-birindən ayrı uçurlar. Bir yaşından kiçik quşlar ilk köç üçün kifayət qədər yağ toplamaq məqsədilə böyüklərdən bir neçə həftə gec yola düşürlər.

Mənbə: gazeta.ru