Çiçəklər Vadisinə yalnız iyun və oktyabr aylarında daxil olmaq mümkündür

Hindistanın Çamoli rayonunda 87 kvadrat kilometr ərazidə yerləşən Çiçəklər Vadisi Milli Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmin ərazi Nanda Devi Biosfer Qoruğunun iki əsas zonasından birini təşkil edir.

Sherg.az "azərtac"a istinadən xəbər verir ki, vadiyə yalnız iyun və oktyabr ayları arasında daxil olmaq mümkündür və Çiçəklər Vadisini ziyarət etmək üçün ən yaxşı vaxt ərazidə olan bitkilərin çiçəkləndiyi dövr hesab edilir. Burada həmçinin şəlalələr, dağ çayları və nadir zəngin təbiətin şahidi olmaq mümkündür.

Qeyd edək ki, vəhşi təbiəti ilə tanınan bölgə planetimizin ən vacib ekoloji zonalarından biridir. Bu parkda nadir və nəsli kəsilməkdə olan heyvan növləri də qorunur.