Vəhşicəsinə öldürülmüş döyüşçü 660 ildən sonra geri  döndü


Avropanın ən şiddətli döyüşlərindən birində başı kəsilən orta əsr döyüşçüsü dəhşətli ölümündən 660 il sonra geri qayıdıb. İsveçin Qotland adasının  Visbi yaxınlığındakı kütləvi məzarlıqdan kəllə çıxarıldıqdan sonra mütəxəssislər döyüşçünün üzünü yenidən canlandırıblar. 

1361-ci ildə əsasən muzdlulardan ibarət 2500-ə yaxın Danimarka ordusu kütləvi qırğın həyata keçirib. Visbi döyüşü Qotland adasındakı Visbi şəhəri yaxınlığında, Danimarka kralının qüvvələri ilə Qutniş ölkəsi yeomenlər arasında döyüşdü.

Qazıntılara görə, bu qırğında ən azı üçdə biri uşaq və ya qoca olmaqla 2000-ə yaxın kənd sakini həlak olub. Onların arasında ağzı balta ilə əzilmiş, sol gözünün üstündə yaraları olan döyüşçü də var idi. 


 
Braziliyalı qrafika mütəxəssisi Cicero Moraes, kəllə sümüyünü rəqəmsal interfeysə köçürərək ölən döyüşçünün üzünü canlandırıb. Moraes, Stokholmdakı İsveç Tarix Muzeyi tərəfindən paylaşılan kəllə sümüyünün üçölçülü modelindən istifadə edərək yenidən qurulmasını tamamlayıb.
Araşdırma "OrtogOnLineMag" jurnalında dərc olunub. 


 
Moraes mövzu ilə bağlı verdiyi açıqlamada, 'Kəllədəki bəzi işarələr üzün bəzi nahiyələrində dəri sərhədlərini göstərir. Məlumatları əlavə etmək üçün biz canlı donorun CT taramasını idxal etdik. Əsas sifəti təyin etməklə, boz tonlarda, gözləri bağlı və saçsız ən elmi təsviri yaratdıq" deyə bildirib. 


 
Digər tərəfdən Moraes bildirib ki, döyüşçünün ölüm səbəbinin balta zərbəsi olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. 


 
"Yalnız kəllə sümüyü ilə bunu proqnozlaşdırmaq çətindir. Lakin hadisənin baş verdiyi il və şəraiti nəzərə alsaq, belə bir zədəni müalicə etmək asan olmazdı", - Moraes deyib.

Moraes yaratdığı obrazların insanları müharibə reallığı ilə üz-üzə qoyduğunu da vurğulayıb.

 “Bu görüntülər olduqca təsiredicidir. Bu gün dünyada bir sıra münaqişələr gedir və biz tez-tez səhnələrə uzaqdan baxırıq, insanların başına gələnlərdən xəbərimiz yoxdur. Təsəvvür edin, bu cür zorakılığa məruz qalanların vəziyyəti necədir.
 

 
Digər tərəfdən, müharibədən sonra adanın paytaxtı Visbi şəhərinin vətəndaşları daha çox qan tökülməsinin qarşısını almaq üçün təslim olublar. Kral IV Valdemar ağır bir bədəl  ödədi və o, adanın öz krallığının bir hissəsi olduğunu iddia etdi.

Həm İsveç, həm də Danimarka, Danimarkanın Torstenson döyüşündəki məğlubiyyətindən sonra 1645-ci ildə İkinci Brömsebro müqaviləsi imzalanana qədər adaya iddia etməyə davam edib.
Nəhayət, Visbinin divarları xaricində beş kütləvi məzar tapılıb, 1905-ci ildə ilk arxeoloji qazıntılar  ölülərin əksəriyyətinin zirehlərində basdırıldığını aşkar edib.

Turan