Qadınların hər kəsdən gizlətdiyi dili kişi çözdü: Nüşu dili


Çində yaşayan qadınlar bir-birlərinə ən intim fikirlərini söyləmək üçün gizli cəhdlər ediblər. İllərdir öz aralarında saxladıqları bu sirri açan da kişi olub. Qarşılaşdığı təzyiqlərə baxmayaraq təslim olmayan Zhou Shuoyi sayəsində artıq bütün dünya Nüşu dilini bilir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 3000 il əvvəl Çinin Hunan əyalətində yaşayan və öz ünsiyyət üsullarını yaratmaq istəyən qadınlar az adamın ağlına gələni ediblər. 20-ci əsrin əvvəllərinə qədər sirr olaraq saxlanılan həqiqət üzə çıxsa da, hələ də heç kim onu ​​tam çözə  bilməyib. İllər əvvəl yox olduğu güman edilən bu üsulun yenidən ortaya çıxması, dövrün xüsusiyyətlərini anlamaq üçün böyük bir xəzinə olaraq xarakterizə edilir. Bəs, Hunan qadınlarının bildiyi sirr nə idi?

Hunan əyalətində yaşayan qadınlar, heç kim anlamasın deyə   kodlaşdırılmış bir dil inkişaf etdirərək onu "Nüşu" adlandırdılar.  Təhsil imkanlarından uzaq, gündəlik həyatda fikir azadlığını itirmiş  qadınların yaratdığı bu dil nəsildən-nəslə ötürülürdü. Nüşu dilindən istifadə edən qadınların əksəriyyəti savadsız idi, lakin onlar öz yaratdıqları dildə deyimlər bəstələmək və mahnı yazmaq üçün kifayət qədər məlumatlı idilər. Nüşu dili zaman keçdikcə o qədər güclü oldu ki, tədqiqatçılar onun Çində müəyyən bir mədəni quruluş yaratmaq üçün kifayət qədər zəngin olduğunu bildirdilər.
Çinin kənd yerlərində yaşayan qadınlar evlərində və sosial həyatlarında çətinliklərin öhdəsindən gəlməkdə zorlanırdılar. Qadınların demək olar ki, hamısı savadsız idi. Qadınların  cəmiyyətdə var olmaq və ən xüsusi hisslərini bölüşmək üçün tərtib etdikləri bu dil onların sosiallaşmasına, başqa kəndlərdəki qadınlarla ünsiyyətə girməsinə, ən əsası isə öz mədəni zənginliklərini yaratmasına şərait yaradıb. Qadınlar dəsmallarına, çadralarına və aksessuarlarına dostluq və xoşbəxtlik ifadə edən mənalı sözlər tikərək bir-birlərinə hədiyyə ediblər. Bu dildə ad günü şənliklərindən tutmuş evliliklərində yaşadıqları problemlərə qədər bir çox sosial mövzularda mahnılar yazıb bəstələdilər. Yaşlı xanımlar öz həyat təcrübələrini nuşu dilində yazılmış bəstələrlə yeni evlənənlərə və gənc qızlara ötürdülər. 


Zaman keçdikcə Nüşunün sirri açılsa da, dövrün mənbələrinə görə bu dərketmənin uzun sürdüyü deyilir. Nüşu yalnız ünsiyyət vasitəsi deyildi, həm də patriarxal cəmiyyətə meydan oxumaq idi. Çıxış yolu olan bu dil onların bir-biri ilə həmrəyliyini də gücləndirirdi.

Bu möhkəm bağı yaradan qadınlar özlərini “andiçmiş bacılar” adlandırırdılar. Heç bir qohumluq əlaqəsi olmayan and içmiş bacılar ictimai həyatda kişilərin qoyduğu qaydalara tabe olmaqda çətinlik çəksələr də, Nüşünün yaratdığı dostluq bağı ilə möhkəm olmağı bacarıblar.


   
 
Min illər əvvəl danışılan bu dil Hunan əyalətinin Jiangyong şəhərini tərk edə bilmədiyi üçün onun sirri 1980-ci illərdə tam olaraq açılıb. Lakin bundan əvvəl Çjou Şuoyi adlı tədqiqatçı ilk dəfə 1945-ci ildə həyat yoldaşının bu dildə danışdığını fərq etmişdi. Şouoyinin arvadı Nüşu dilinin bütün incəliklərini mükəmməl bilirdi. 1935-ci ildə Zhou hər kəsin bu gizli dili öyrənməsini istəyirdi və çoxlu araşdırmalar apardı, lakin 1960-cı illərdə dövrün lideri Mao Zedunun zalım rəftarlarına məruz qaldı. Zhounun bütün işləri qadağan edildi və onun dillə bağlı araşdırmaları siyasi hesab olunduğu üçün bütün işləri yandırıldı və Çjou əmək düşərgəsinə göndərildi. 20 ilə yaxın düşərgədə qalan Çjou 1979-cu ildə azadlığa buraxılıb. Çinin kommunist liderləri inqilablarının bir hissəsi olaraq Nuşu dilinin istifadəsini və yayılmasını qadağan etdilər. Çjou düşərgəni tərk edən kimi qaldığı yerdən təhsilini davam etdirdi. Nüşu mətnlərini Çin dilinə tərcümə etmişdir. 2000-ci illərdə Nüşu lüğətini nəşr etdirən Çjou dilin bütün incəliklərini dünyaya izah etməyə çalışdı.


 
İllərlə kişilərdən gizli saxlanan  və yalnız qadınların öz aralarında danışdıqları bu dili min illər sonra bir kişi bütün dünyaya çatdırdı. Zaman keçdikcə Nüşu dilinin məlumatlılığı daha da artdı. Dünyanın müxtəlif yerlərindən gələn tədqiqatçılar belə zəngin dilin bütün detallarına yiyələnmək üçün araşdırmalar aparmışlar. Çin dilinə bənzəyən, lakin yazılışı və tələffüzü tamamilə fərqli olan bu dil bu gün canlanmağa başlayıb.

2007-ci ildə Çinin Xiao bölgəsində Nüşu Muzeyi yaradılıb. Bu gün bu muzeydə müxtəlif kurslarda Nüşu dərsləri verilir, Nüşu xəttatlığı işləri aparılır və min illər öncəki ənənə yaşadılır.

Turan