Bütün dünya 2012-ci Ukrayna gözəllik kraliçası və Dünya gözəllik yarışının finalçısı Evgenia Prokopenkodan danışır.
"Sherg.az" bildirir ki, ölkəsində aylardır davam edən müharibəyə biganə qalmayan eks-gözəllik kraliçası parıltılı həyatını arxada qoyaraq, orduya qatılıb.
Belə ki, orduda xidmətini davam etdirən Evgenia cəbhədə ailə həyatı qurub. Nigah şəkillərini sosial media hesabında paylaşan gözəllik kraliçası İngiltərənin “Daily Star” qəzetinə başına gələnlərdən danışıb.
Paylaşdığı görüntülər gündəm olan E.Prokopenko "Rus dilində səlist danışıram, amma Putinin dilini bilmirəm deyib". O əlavə edib: "Putin üçün sadəcə bir gülləm var".
Cəhənnəmdə gözəllik kraliçası olduğunu söyləyən E. Prokopenko cəbhədəki həyata uyğunlaşa bilmək üçün əlindən gələni etdiyini ifadə edib.
Son zamanlarda iki zidd həyat yaşadığından bəhs edən ukraynalı gözəllik kraliçası qeyd edib ki, mülki həyatda tamamilə fərqli şeylərlə məşğul olub:
"Şəxsi işim var idi. Orada isə uniformam dikdaban ayaqqabı və bir iş geyimi idi. Müharibədə isə hərbi forma və beretka".
Mənbə: Hürriyyət