Dünyanın ən varlı heyvanları - Milyonlar qazanır!

İldə 1,5 milyon dollar qazanır

  “All About Cats” internet səhifəsi 2022-ci ildə ən varlı ev heyvanlarının siyahısını təqdim edib. “NTV.com.tr” dünyanın ən varlı, məşhur insanlarını heyrətə gətirəcək ev heyvanlarının sahib olduqları varidatı açıqlayıb. Belə məlum olur ki, varlanmağı bacaran təkcə insanlar deyil, həm də “ağıllı” heyvanlardır. Əlbəttə onlar məhz sahibləri məşhur olduğu üçün tanınıb və varlı heyvanlar hesab edilmələri də sahiblərinin onlara xərclədiyi milyonlara görədir. Məşhurların bəslədiyi heyvanlar həm də müxtəlif dərgilərdə nəşr edilən fotolarına görə külli miqdarda pul qazanırlar. Yaponiyanın ən məşhur iti Maru, sosial mediada fenomenə çevrilib. Marunun qazancı 1,5 milyon dollardır. Başqa bir köpək – Tucker yutub kanalında 5 milyon abunəçiyə malikdir və o da ildə 1,5 milyon dollar qazanır. “Doug the Pug” adlı köpəyin də sosial mediada böyük izləyici kütləsi formalaşıb. Pontiac adlı köpək isə 1980-ci illərdə populyar olan “Qızıl qızlar” serialından tanışdır. Bir müddət əvvəl həyatını itirən köpəyin qazancı 5 milyon dollar olub. Dünyanın məşhur modelyerlərindən biri, Karl Lagerfeldin iti də 13 milyon dollar qazancla ən varlı ev heyvanları arasında yer alır. Jiffpom adlı it də əyninə geyindirilən kostyumlar hesabına məşhurlaşıb. Qazancı 25 milyon dollardır. ABŞ efir məkanında tanınan aparıcı Oprah Vinfreynin itləri - Sadie, Sunny, Lauren, Layla və Luke dünyanın ən zəngin köpəkləri sırasındadır. Məşhur müğənni Taylor Sviftin “Olivia Benson” adlı pişiyi 97 milyon dollarla üçüncü sırada yer alır. Məşhur pişik musiqili videolarda çəkilir, reklam kampanyalarından təkliflər alır. İnstagramın ən populyar pişiyi isə Nala adlı pişikdir. Bu pişik öz adını daşıyan pişik yeminin reklamına görə 100 milyon dollar qazanca sahibdir. “Gunther Corporation” adlı şirkətin sahib olduğu və 500 milyon dollar qazanc gətirən “Gunther VI” adlı it isə ev heyvanları arasında liderdir.