Canavar həyatı yaşamaq istədi


Gənc 50 gün içində arzusuna çatdı 

  Yaponiyalı gənc ən böyük xəyalına qovuşub.  İllər öncə bir köpək kostyumu geyinərək itlərin həyat tərzini əks etdirən başqa bir gənc - Toco-Sanı təqlid edən adam canavara dönmək istədiyini elan edib. Canavar həyatı yaşamaq istəyən, arzusuna çatmaq üçün onu gözləyən bütün çətinliklərlə razılaşan gənc, nəhayət, 50 günün tamamında canavar həyatı sürməyə başlayıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, heyvanların, xüsusən də canavarların həyat tərzi bu gənci  daim düşündürüb. Xəyalında canavar həyatını canlandıran gənc bu həyatı gerçəkdən yaşamaq üçün müxtəlif yollara baş vurub. Əvvəlcə vaxtilə Toco-Sana köpək kostyumu hazırlamış həmin geyim firmasıyla əlaqə yaradıb. Bu firma illər əvvəl Toco-sana köpək kostyumu tikmişdi. Kostyumu geyinən gəncin xarici görkəmi bir köpəkdən seçilmirdi. Gənc köpəklər kimi yürüyür, yuvarlanır, atlanıb-düşürdü. Kostyumun tikilməsinə 40 gün sərf edilmişdi. Bu kostyumu Toco-San 2 milyon yapon yeni miqdarında, yəni 286 min 379 türk lirəsinə alıb. Kostyumu geyinən gənc sürdüyü “it həyatı”nı videoya çəkib yutub kanalında açdığı 'I Want To Be An Animal' (“Heyvan olmaq istəyirəm”) adı altında paylaşımlar edir. Məşhur kostyum şirkəti “Zennet” isə daha bir gəncin xəyalına qovuşmasına yardımçı olub. Bu, məhz canavar həyatı yaşamaq istəyən gəncdir. Toco-Sandan sonra bu gənc də geyim firmasına müraciət edib və canavar kostyumu sifariş edib. Gəncin bədən ölçüləri dəqiqliklə alınıb, vəhşi təbiət qoynunda yaşayan canavarlar uzun müddət izlənib. Kostyumun hazırlanması 50 gün çəkib. Bu dəfə gənc 3 milyon yapon yeni xərcləyib. Gənc canavar kostyumunu əyninə geyindiyi anı belə xatırlayıb: “Uşaqlıqdan bəri heyvanları çox sevirəm və bu sevgi məndə onlardan biri olmaq arzusu oyatdı. Televizorda bir çox insanın əyləncə məqsədilə müxtəlif heyvan kostyumları geyindiyini görürdüm. Düşündüm ki, niyə də mən canavar kostyumu geyinməyim?! Kostyumu əynimə geyinib güzgü qarşısında dayandığımda canavar görkəmimə heyran qaldım. Canavara dönmüş halım çox cazibəli idi. Arxa ayaqları üzərində yeriyən gerçək bir canavara dönməyim çox çətin oldu, amma mən bunu bacardım. Artıq həqiqi canavara bənzəyirəm”. Geyim firması isə müştərisinin adını gizli saxlayır. Bununla belə firma müştərisinin tualet ehtiyacı yarandıqda geyimini çıxarmadan ehtiyacını ödəyə bilməsi və havalandırma üçün də bütün detalları nəzərə aldıqlarını bildirib.