Qayalıqlar üzərində salınmış otel 


Sərgüzəşt axtaranlar üçün otel

Dünyanın bir çox ölkələrində qonaqların aktiv istirahət edə biləcəyi otellər və qonaq evləri var.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, cəsur insanlar isə adətən qeyri-adi istirahətə üstünlük verirlər.

Peruda qayalıqlar üzərində salınmış otel də məhz sərgüzəştlər axtaranlar üçün nəzərdə tutulub. Belə ki, qayalarda cəsurlar üçün şəffaf kapsullar hazırlanıb. Üç kabinədə 4 nəfər üçün ən rahat şərait yaradılıb. Kapsullar 3 hissəyə bölünür: yataq otağı, yemək otağı və vanna otağı. Ekstremal mənzillər alüminium və polikarbonatdan əl ilə yığılır, günəş enerjisindən istifadə edilir.