Balıqlar sahibinin kredit kartı ilə alış-veriş edir

Qurduğu sistemlə balıqlarını video oyunları oynamağa vadar edən yapon youtuber problemlə üzləşib. Oyun qəzaya uğrayanda onun balıqları səhv yerləri basıb və kredit kartı ilə pul xərcləyib.

 Mutekimaru Kanalı, hərəkət tutma xüsusiyyətindən istifadə edərək inkişaf etdirdiyi proqramla balıqların üzərkən oyunlara əmr verə biləcəyi bir sistem inkişaf etdirdi.

Sherg.az xəbər verir ki, TRT Haber-də yer alan məlumata görə, bu anlar balıqların bu sistemlə Crystal, LeafGreen və Sapphire kimi Nintendo platformalarında oynana biləcək Pokémon oyunlarında 20 min saat vaxt keçirərkən yayımlanıb.

Yanvarın 15-də balıq sürüsü Pokémon Violet oyununu oynayarkən nasazlıq yaranıb. Oyun səhvə görə bağlansa da, heyvanlar hərəkətə davam edərək düymələri basıblar.

Beləliklə istifadəçi adını dəyişərək Nintendo mağazasına daxil olub və Mutekimarunun kredit kartı məlumatlarını ekranda əks etdirib.

Bu arada Mutekimarunun kredit kartından Nintendo cüzdanına 500 yen (təxminən 75 TL) əlavə edilib. Balıqlar pulla satılan profil ikonalarını ödədikdən sonra konsolu bağlayıblar.

Turan