"Bobi" ən yaşlı it oldu: 30 yaşında Ginnesin Rekordlar Kitabına düşdü 

30 yaşlı "Bobi" adlı it Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı iti elan edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Saf Rafeiro do Alentejo cinsindən olan "Bobi", ən çox yaşayan it tacını 23 yaşlı "Çihuahua Spike"dən  alıb.

Ginnes rəsmilərinə Bobinin varlığı barədə məlumat verilməzdən əvvəl "Spike" rekordçu kimi cəmi iki həftə keçirdi.

 "Bobi" bütün həyatını Portuqaliyanın cənubundakı Conqueiros kəndində Kosta ailəsi ilə keçirib.

Ginnesin Rekordlar Kitabının saytında yer alan məlumata görə, "Bobi" fevralın 1-nə kimi 30 il 266 gün keçirib.

Mühafizə itləri sinfindən olan Rafeiro do Alentejo cinsinin ömrü 12 ilə 14 il arasındadır.

Turan