Bu bir qaydadır: Zahzadə uşaqların avtoqraf istəyinə qarşılıq verməyib

 Böyük Britaniya şahzadəsi Keyt Middlton Çelsi Çiçək Bayramına qatılıb. “NTV.com.tr” xəbər verir ki, şahzadəni əhatələyən uşaqlar ondan imza almaq istəyiblər. Lakin şahzadə uşaqların istəyinə qarşılıq verməyib. Əvəzində onları başqa cür sevindirməyi qərara alıb. Bunun səbəbi Britaniya kraliçası, mərhum II Yelizavetanın kral ailəsi üzvlərinin imza verməsinə dair zamanında tətbiq etdiyi qadağadır. Kraliça belə bir qadağa tətbiq etməsinin saxtakarlığı önləmək məqsədi daşıdığını izah edibmiş. O gün bu gün kral ailəsi üzvləri imza verməkdən imtina edir, müraciət edənlərə də bunun səbəbini izah edirlər.

Çiçək Bayramında iştirak etmək üçün Çelsiyə səfər edən şahzadə Keyt Middlton da imza atmaqdan imtina edib. Və bunu ondan rica edən uşaqlara əvəzində başqa bir hədiyyə edib. Şahzadəni əhatələyən uşaqlar məktəblilər olub. Şahzadə ondan imza istəyən 7 yaşlı Rubiyə “Adım Katerinadır. Lakin adımı yaza bilmərəm. Bu bir qaydadır, onu pozmamalıyam. Amma istəsən, sənin üçün rəsm çəkə bilərəm”, söyləyərək, uşaqla mehriban davranıb. 

Bunu görən digər şagirdlər də dəftərlərini şahzadəyə uzadıblar. Şahzadə bəzilərinin dəftərinə çiçək, bəzilərinkinə isə ağac, meyvə şəkilləri çəkib. Şahzadənin uşaqlarla mehriban, səmimi davranışı, onlarla birgə əylənməsi, uşaqları sevindirməsi bayrama gələnlər tərəfindən rəğbətlə qarşılanıb. 

Qeyd edilir ki, Çelsi Çiçək Bayramı 1912-ci ildən etibarən Londonun Çelsi əyalətində, Çelsi Kral Xəstəxanasının ərazisində keçirilir. 

Bayramın təşkilatçısı Kral Bağbanlıq Dərnəyidir. Çiçək Bayramı 5 gün davam edir, yetişdirilən, becərilən güllər, gül kolları nümayiş olunur. Bayrama gələnlər rəngarəng çiçəklərə tamaşa edirlər. 

Çelsi məktəbliləri də bayramın əsas iştirakçılarıdır. Çiçək Bayramına şahzadə Keytlə yanaşı kral III Filip və kraliça Kamilla da qatılıblar.