Arnold Şvarsneger sirrini paylaşıb - Xanımına xəyanət

Hollivud “ulduz”u Arnold Şvarsneger həyat yoldaşına xəyanət etməsinin sirrini paylaşıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, məşhur aktyorun həyatından bəhs edən sənədli filmin çəkilişləri başa çatmaq üzrədir. Film yaxın zamanda ekrana çıxacaq. Verilən məlumata görə, “ulduz” aktyor sənədli filmdə ailə həyatından, hətta həyat yoldaşına xəyanətindən də danışıb. 

Həyat yoldaşı Mariya Şriver barədə danışan aktyor onu necə aldatdığını da gizlətməyib. 75 yaşlı aktyor deyib ki, 1996-cı ildə evlərində xidmətçi olaraq çalışan Mildred Baenayla münasibətdə olduğunu etiraf edib.

 1997-ci ildə aktyorun oğlu Cozef dünyaya gəlib. Aktyor həqiqəti yalnız 2011-ci ildə həyat yoldaşına açıqlayıb və Cozefin öz övladı olduğunu deyib: 

“Sanki ürəyim dayanacaqdı. Sonra ona həqiqəti söylədim. Bəli, Mariya, Cozef mənim oğlumdur”, dedim. Aktyor Cozefin öz övladı olmasına əvvəlcə inanmayıb, lakin “o böyüdükcə mənim oğlum olduğuna inandım”, - deyib. Aktyor həyat yoldaşına xəyanət etdiyinə görə üzgün olduğunu da etiraf edib: “Etdiyim xəta səbəbindən ailəmə çox acılar yaşatdım. Hər kəs acı çəkdi. Mariya, övladlarım, Cozef, onun anası – hər kəs. Həyatımın sonunadək bu üzüntü mənimlə qalacaq. Çox peşmanam”. Xidmətçi qadınla münasibətləri ortaya çıxdıqdan sonra qadın mənzili tərk edib. Arnold və Mariya isə boşanma qərarı alıblar və 2021-ci ildə rəsmi qaydada boşanıblar. Onlar 1986-cı ildə ailə qurmuşdular və bu evlilik 25 il davam etmişdi. Cütlüyün 4 övladı var.