Toyunda “Fənərbaxça” forması geyindi

Bəyə sürpriz!

Antalyanın Kəpəz bölgəsində yaşayan Caner Serttaşla Başak Serttaşın toyu gəlinin bəyə xüsusi hədiyyəsiylə yadda qalıb. 

“Sherg.az" “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, cütlüyün toy mərasimi Poyraz Düyün Salonunda gerçəkləşib. Toy mərasiminin təyin edildiyi gün bəyin doğum tarixi ilə üst-üstə düşüb. Gəlin də bəyə sürpriz hədiyyə hazırlayıb. Gələcək həyat yoldaşının “Fənərbaxça”lı olduğunu bilən Başak toy mərasiminə “Fənərbaxça” futbol klubunun formasını geyinərək gəlib. Gəlin toy salonuna daxil olarkən üzərinə “Fənərbaxça”nın loqosu həkk edilmiş tortu da əlində gətirib. Gəlinin gəlişini Kıracın “100-cü il” mahnısı müşayiət edib. Yəni, gəlin bəyə böyük bir “Fənərbaxça” bayramı yaşadıb. 

Bəy bundan böyük sevinc duyduğunu, gələcək həyat yoldaşının da onun sevdiklərini sevməsini xoşbəxtlik adlandırıb. Daha sonra bəy də “Fənərbaxça” forması geyinib və toya gələn qonaqları beləcə qarşılayıblar. Caner Sərttaş deyib ki, həyat yoldaşıyla 10 il əvvəl universitetdə tanış olublar: “Bu, həyatımın ən xoşbəxt anları oldu. Həyat yoldaşımla “Ülkər” Arenada “Fənərbaxça” matçını izləmək ən böyük arzumdur”.