Süni intellekt toyuq səslərini tərcümə edir

Yapon alimləri toyuqların səslərini süni intellektlə tərcümə etməyin yolunu tapdıqlarını iddia ediblər. Araşdırmaya rəhbərlik edən Tokio Universitetinin professoru Adrian David Cheok, "Bu, elm üçün irəliyə doğru böyük sıçrayışdır! Və bu, yalnız başlanğıcdır" deyib.  Digər tərəfdən Cheok bu texnologiyanı fərqli heyvanlara uyğunlaşdırmaq istədiyini qeyd edib.

Yapon alimləri süni intellekt sayəsində fərqli toyuq səslərinin nə demək istədiklərini  anlaya bildiklərini vurğulayıblar.

80 FAZİ DƏQİQLİK İLƏ ANALİZ EDİR

Toyuqların səslərini təhlil etmək üçün süni intellekt texnologiyasından istifadə edərək tədqiqatçılar aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və cansıxıcılıq daxil olmaqla altı fərqli emosional vəziyyəti 80% dəqiqliklə tərcümə edə bildiklərini iddia edirlər.

"BUNU DİGƏR HEYVANLARA Da UYĞUNLAŞTIRMAQ İSTƏYİRİK"

Cheok, "Bu, elm üçün irəliyə doğru böyük bir sıçrayışdır! Və bu, yalnız başlanğıcdır. Ümid edirik ki, bu süni intellekt və maşın öyrənmə üsullarını digər heyvanlara uyğunlaşdıra biləcəyik və heyvanlarla əlaqəli müxtəlif sənayelərdə inanılmaz intellekt üçün zəmin hazırlayacağıq. Heyvanların nə hiss etdiyini bilsək, bu, onlar üçün daha yaxşı olar. Biz dünyanı dizayn edə bilərik." deyib.

80 TOYUĞUN 200 SAATLIQ SƏS YAZISI TƏHLİL EDİLDİ

Cheok, toyuqların emosional vəziyyətləri ilə bağlı fikirlərini təqdim edən səkkiz heyvan psixoloqu və baytar cərrahdan ibarət bir qrup ilə əməkdaşlıq edib. Onlar birlikdə 80 toyuqdan 200 saata yaxın səs yazısını təhlil ediblər.

Alimlər süni intellektə 100 saatlıq səs yazısı verdilər və texnologiya çox vaxt toyuqların emosional vəziyyətlərini dəqiqliklə müəyyən etdi.