Kitab oxumaq cəzası aldı
Çimərlik geyimində küçəyə çıxıb İstanbulun Bağdad prospektində gəzən model Melisa Aydınalpın görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra Anadolu Cümhuriyyət Baş Prokurorluğu hərəkətə keçərək onun barəsində həbs qərarı çıxarıb. Həbs edilən model prokurorluğa gətirilib və ifadəsi alınıb. Prokurorluq tərəfindən Melisa Aydınalp haqqında “həyasız davranışlar”ına görə ictimai cəza istənilib.
Sülh Cəza Məhkəməsinin qərarı ilə model həftədə 2 dəfə kitabxanaya gedərək “əxlaq və toplum dəyərləri” ilə bağlı kitablar mütaliə etmək şərti ilə sərbəst buraxılıb. Həmçinin modelə ölkədən çıxış da yasaq edilib.
Kitabxanaya isə modelin şərtə əməl edib-etmədiyini izləmək və prokurorluğa məlumat vermək tapşırılıb.