NASA-nın Mars aparatı qırmızı planetin səthində hərəkət edən 1,6 metr uzunluğunda və 60 metr enində olan toz şeytanını (dalaz) fotosunu çəkib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın yeni görüntülər toplusu kosmik gəmidən 6,5 kilometr aralıda qırmızı planetin səthində toz şeytanının tornado rəqsini göstərib.
NASA, 30 avqust 2023-cü ildə tornadonun yalnız aşağı hissəsinin görünəcəyini açıqlamışdı.
Marsın Jezero kraterinin qərb kənarı boyunca hərəkət etdiyi görünüb.
Görüntülər Perseverance-in Marsda 899-cu günündə çəkilib.
Perseverance-in kameralarından biri tərəfindən dörd saniyə ara ilə çəkilmiş 21 görüntü toz şeytanının hərəkətini göstərmək üçün bir-birinə yapışdırılıb və təxminən 20 dəfə sürətləndirilib.
NASA bildirib ki, Marsdakı toz şeytanları Yerdəki tornadolardan daha zəif və kiçikdir, lakin onlar tozun planetdə daşınması və yenidən paylanması yollarından biridir.