Nagihan Acuna səslənib ki, “Survivor”da bu sistemi görmək istəyirlər
Məşhur teleaparıcı və prodüser, “TV8”-in sahibi Acun İlicalının “sübh tezdən qalxıb işə getməyi kim fikirləşib?” etirazı günlərdir müzakirə olunur.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, “TV100”də bir proqrama qonaq olan məşhur prodüser “Gələcəkdə elə bir iş yeri quracam ki, orada kimsə səhər tezdən işə gəlib axşam evə qayıtmalı olmasın. Dünya dəyişib. Biz niyə erkəndən qalxırıq. Burada bir məntiq varmı? Məncə, yox. Qaldırmayın insanları, imkan verin, doyunca yatsınlar. Səhər saat 7-də qalxıb, iş yerinə çatmaq üçün 1 saat 15 dəqiqə yol gedirdim. Belə bir həyat yaşadım. Bunu yaşadığım üçün də insanlara yaşatmamaq qərarına gəldim”, söyləyib. A.İlicalının fikirləri əksəriyyət tərəfindən bəyənilir. “Survivor All Star”a hazırlıqlara başlayan A.İlicalıya daha bir cavab “Survivor”da bir neçə dəfə iştirakçı olan Nagihan Karaderedən gəlib. Özünün “Survivor All Star”a hazırlaşdığını yazan idmançı instaqram hesabından Acun İlicalıya cavab olaraq: “Survivor”da bu sistemi görmək istəyirik. Səhərin ala-toranında qaldırmayın bizi, lütfən. Sübh tezdən qalxamağı mən də sevmirəm”, -yazıb.