Oxuyarkən özünüzü orada hiss edəcəksiniz
Hər hansı bədii əsəri oxuduqda xəyali olaraq həm də o yazıçının iziylə addımlamış oluruq. Dünyada çox şəhərlər var ki, məşhur romanlarda təsvir edilib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən evdə əyləşdiyi yerdəcə dünya ölkələrini və ən gözəl şəhərləri xəyali olaraq səyahət etmək imkanı verəcək bədii əsərlərin adlarını oxucuya təqdim edir. Yəqin ki, ilk sırada Viktor Hüqonun “Səfillər” romanının olmasıyla hamı razılaşar. Bu romanda Paris və bu şəhərin həyatı ən xırda incəliklərinə qədər verilib. Alber Kamyunun “Enmə” əsərini oxuyanlar Danimarkanın paytaxtı Amsterdamı səyahət edəcək. Səbahəddin Əlinin “Xəz paltolu Madonna” romanı Berlini, Aqata Kristinin “Nildə ölüm” romanı Misirin paytaxtı Qahirəni, Nikos Kazanzakisin “Zorba” əsəri Yunanıstanı, xüsusilə Girit adasını, Tomas Mannın “Ölüm” əsəri Venesiyanı, Ceyms Coysun “Dublinlilər” əsəri Dublinin özəlliklərini gözlər önünə gətirir. Dünyanın fərqli yerlərini səyahət etmək istəyənlər məşhur romanlardan bəhrələnə bilər.