İlon Mask "xAI" şirkətinin ilk süni intellekt modelinin təqdimat vaxtını elan edib

Sabah “xAI” şirkəti ilk süni intellekt (AI) modelini seçilmiş qrupa təqdim edəcək.

"Sabah xAI özünün ilk süni intellektini seçilmiş bir qrup insana təqdim edəcək. Bəzi vacib parametrlərə görə, o, hazırda mövcud olanlar sırasında ən yaxşısıdır”, - İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edək ki, bu ilin iyul ayında İlon Mask süni intellektlə məşğul olacaq “xAI” şirkətinin yaradıldığını elan edib.