Türkiyənin Mersin şəhərinin Anamur rayonundakı Anemurium Antik Şəhərində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Səlcuq Universiteti Arxeologiya Bölümü müəllimi Prof. Dr. Mehmet Tekocakın rəhbərlik etdiyi qrup tərəfindən aparılan arxeoloji qazıntılar davam edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, konservasiya və bərpa işlərinin aparıldığı antik şəhərdə “liman hamamı” adlanan ərazidə aparılan qazıntı zamanı Roma dövrünə aid olduğu düşünülən qadın heykəli tapılıb.
İlk baxışdan sonra əsər mühafizəyə götürülüb.
Anamur İlçe Baş məmuru Bilal Bozdemir və Bələdiyyə başçısı Hidayet Kılınç işləri araşdıraraq Tekocakdan məlumat alılbar.
Qazıntı rəhbəri Tekocak, Anemurium Antik Şəhərdə arxeoloji işlərin il boyu davam etdiyini bildirib.
Açılan heykəlin təxminən 1,2 metr uzunluğunda olduğunu bildirən Tekoçak, "Geyimli qadın heykəlinin başı, qolları və ayaqları olmadığı üçün kimə aid olduğunu bilmirik. O, idarəçi, zadəgan və ya zəngin bir şəxsin həyat yoldaşına aid ola bilər" deyə bildirib.
Tekocak əlavə edib ki, bölgəyə daha çox ziyarətçi cəlb etmək üçün çalışırlar.