Sarı xallı salamandr aşkarlanıb: Nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Yağışlı hava bütün Türkiyədə olduğu kimi Tuncelidə də hökm sürməkdə davam edir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, yağışla birlikdə yaşayış mühitinin itirilməsi səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşən sarı xallı salamandr Pülümür rayonundakı tarixi Xanım körpüsü yerində aşkarlanıb. 

Yemək axtarandan sonra salamandr yarpaqların arasında itib.

Yağışlardan sonra ortaya çıxan, ümumiyyətlə şlak və xırda böcəklərlə qidalanan xallı salamandr Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin 2015-ci ildə həyata keçirdiyi “Milli Bioloji Müxtəlifliyin İnventarlaşdırılması və Monitorinqi Layihəsi” çərçivəsində qorunan növlər kateqoriyasına daxil edilib.