
Parlamentari: Elmi institutların birləşdirilməsi ilə bağlı sərəncam yerində verilmiş qərardır
Yusif Nəzərli
08:14 06.04.2025
Gündəm
700
Bir-birini təkrarlayan təhsil ocaqları gündəmdədir
Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti, o cümlədən Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslərin yaradılmasını:
Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutunun;
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutunun;
Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutunun;
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutunun;
İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutunun;
Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutunun;
Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutunun;
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutunun;
müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 (iki) yeni elmi müəssisənin;
Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilməsini;
Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsini;
Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsini;
Nazirliyin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsini;
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Elm və Təhsil Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyinə növbəti illərin dövlət büdcəsi layihələrində bu Sərəncama uyğun olaraq yeni yaradılacaq elmi müəssisələrin saxlanılması xərcləri ilə bağlı zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Bəzi institutların fəaliyyətlərinin ictimai rəydə rol oynamadığını vurğulayan ekspertlər isə bu sahədə islahatların və optimallaşmanın zəruri olduğunu qeyd edib.
Ölkə başçısının elmi institutlarda islahatların aparılması haqqındakı sərəncamını şərh edən millət vəkili Ceyhun Məmmədov “Sherg.az"a açıqlamasında elmi institutların birləşdirilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı sərəncamın yerində verilmiş bir qərar olduğunu deyib:

“Dövlətin elm və təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Elm və təhsilin inkişafı üçün davamlı tədbirlər görülür. Atılan addımlar da inkişaf prosesinə effektiv töhfə verməkdədir.
Uzun illərdir dövlət qurumlarının optimallaşdırılması, bir-birini təkrarlayan institutların, universitetlərin fəaliyyəti nəzərdən keçirilir və müvafiq qərarla onların birləşdirilməsi və ləğvi prosesi həyata keçirilir. Azərbaycan elminə fayda verən institutların saxlanılması, digərlərinin isə vahid ad altında birləşdirilməsi lazım idi. İxtisaslararası əlaqənin, müasir elmi yeniliklərin tətbiqi üçün bu birləşdirilmələr daha məqsədəuyğundur və elmi tədqiqat işlərinin aparılması üçün daha effektivdir”.
Deputat birləşdirilən institutlarda ixtisara düşən insanların işlə təmin olunması məsələsinin də dövlətin xüsusi diqqətində olduğunu vurğulayıb.
Oxşar xəbərlər
İran və Pakistan XİN rəhbərləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
20:40 10.08.2026
Xameneinin ölümü elan olunsa, İranda böyük daxili çəkişmələr baş qaldıra bilər - ŞƏRH
17:07 10.08.2026
Xəbər lenti
Hamısına bax
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə