Millimizin üç futbolçusunun Belçikada testi pozitiv çıxdı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun COVID-19 testi pozitiv nəticələnib.

Oxu.Az xəbər verir ki, müdafiəçi Həmzəalı Mikayılov (“Sabah”), yarımmüdafiəçi Adəm Topalov (“Səbail”) və yarımmüdafiəçi İbrahim Ağayarov (“Qarabağ”) seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcək.

Xatırladaq ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tübiz şəhərində keçiriləcək.