Səhiyyə nazirinin müavinindən əhaliyə MÜRACİƏT

“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik dörd növ vaksin istifadə olunur ki, bu da kifayətdir”.
APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur:
“Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinləri məmnuniyyətlə qəbul edir”.
O, əlavə olaraq qeyd edib ki, Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, kifayət qədər tibb işçisi cəlb olunub:
“Əhaliyə bir daha müraciət edirəm ki, peyvənd olunsunlar. Peyvənd əhali üçündür”.