Bakıda uşaq qidasından qurd çıxdı - VİDEO


Bakıda marketlərdən birindən alınan düyü unundan qurd çıxıb.

Şəhər sakinlərindən biri Oxu.Az-a bildirib ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bizim market”də aldığı düyü unundan qurd çıxıb.

Vətəndaşın bildirdiyinə görə, düyü unundan adətən körpə uşaqlar üçün sıyıq bişirirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyindən saytımıza bildirilib ki, məsələ ilə bağlı məlumatlar götürülərək agentliyin müfəttişləri tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsi barədə məlumat veriləcək”.