Azərbaycan Dövlət Neft və Sənaye Universitetində SABAH qrupunda təhsil alan bir tələbədə koronavirus aşkarlanıb.
Bu səbəbdən həmin qrupda dərslər dayandırılıb.
Qurumun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, SABAH qrupunda magistratura təhsili alan bir tələbədə koronavirus aşkarlanıb:
“Həmin qruplar dərsləri distant formaya keçirilib”.
17:40
Azərbaycan Tibb Universitetin beş qrupunda tələbələr arasında koronavirus yayılıb.
Oxu.Az-ın məlumatına görə, həmin qruplarda təhsil distant olaraq davam etdiriləcək.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a bildirib ki, bu həftə ərzində beş qrupda koronavirusa yoluxma qeydə alınıb:
“Qrupların hər birində bir tələbə COVID-19-a yoluxub. Dərslər distant formada davam etdiriləcək”.
Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.