Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

Onun qardaşı Rəşad Şükürov Oxu.Az-a verilən açıqlamada bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik ağır olaraq qalmaqdadır:

“Hazırda həkimlər onun sağalması üçün əllərindən gələni edir. Vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.