KTM: “Ötən ay 716 nəfər zəhərlənib, səkkizi ölüb”


Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anafilaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub.

Həkimlərin səylərinə baxmayaraq, 118 nəfərdən 8-nin (3 qadın, 5 kişi) həyatını xilas etmək mümkün olmayıb.