Səhiyyə naziri Teymur Musayev Azərbaycana meymunçiçəyindən danışıb. O bildirib ki, bu xəstəliklə bağlı testlər və dərmanlar gətiriləcək:
“Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır. Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb”.
Bu açıqlamanın ardından sosial media da “Meymunçiçəyi bizim də qapımızı döyə bilərmi? Yeni karantinmi gəlir?” sualları dolaşmağa başlayıb.
Məsələ ilə bağlı "Sherg.az" danışan İnfeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, Azərbaycanda hələlik sözügedən virusa rast gəlinməyib:
"İnsanlar narahat olmamalıdır.Səhiyyə nazirliyi sadəcə olaraq qabaqlayıcı tədbirlər görür. Qonşu ölkələrdə bu virusa rast gəlindiyi üçün artıq Azərbaycanda da testlərin və dərmanların gətirilməsi zərurəti yaranıb.
Bu testlər hansısa bir şübhəli hal zamanı dəqiq müayinə etməyə imkanı verir.
Əgər Şübhəli hal ilə qarşılaşsaz təcili şəkildə həkimə müraciət etməyiniz vacibdir. Əsasən də Xarici ölkələrə Səfər edən və ya səfərdən gələn vətəndaşlarımızı tədbirli olmağa dəvət edirəm."