ÜST: Covid-19-un yeni ştamının yayılmaq riski var

Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Lakin buna rəğmən yeni təhlükəli mutasiyaların yaranma riski mövcuddur.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyət Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Biz deyə bilərik pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxınıq, lakin hər şey bitməyib” – deyə Qebreyesus bildirib.

Onun sözlərinə görə, xəstəliyin əlamətlərinin qalması yeni ştamların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər.