Hansı halda qrip “pnevmoniya”ya çevrilir?

“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin hesab edilir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.O bildirib ki, bu müddət bitəndən sonra baş, göz, qulaq ağrısı hələ də müşahidə edilirsə, bu bakterial ağrı sayılır: “Bu zaman həkimə müraciət etmək və müalicə almaq lazımdır”.

Vəziyyətlə bağlı “Sherg.az” a danışan infeksionist-həkim Mərdan Əliyev bildirib ki, qrip ağır keçən xəstəliklərdən biridir. Onun sözlərinə görə,  qirip kəskin respirator virus infeksiyasıdır:

“Hava damcı yolu ilə yayılır. Xəstə bir şəxsin tənəffüs yollarından çıxan viruslar damcılların içərisində olur və sağlam insanı asanlıqla yoluxdura bilir. Qripdən qorunmaq üçün ilk olaraq peyvənd nəzərdə tutulur. Noyabr,dekabr aylarında peyvənd olunan şəxslər virusdan özlərini müdafiə edə bilirlər. Digər qorunma yolları isə, sosial məsafəni saxlamaq, tibbi maskadan istifadə etmək, gigiyena qaydalarına əməl etməkdir. Qrip hərarət, baş ağrısı, halsızlıq və oynaq- əzələ ağrıları yaradan xəstəlikdir. İlk 5 gün ərzində qorxu yaradıb, panikaya düşmək lazım deyil. Bu xəstəliyin normal müddətidir. Bundan sonra xəstəlik yenə davam edirsə, xəstənin nəfəsində təngnəfəslik müşahidə olunursa, həkimə müraciət olunmalıdır. Əks halda bu “pnevmoniya”a çevrilə bilər. Pnevmaniya (ağciyərlərin iltihabı)-kəskin infeksion xəstəlikdir. Buda xəstəliyin daha dərinləşməsinə səbəb ola bilər”. 
Həkim sonda onu da qeyd edib ki, xəstəlik dönəmində insanlar  ev şəraitində istirahət rejiminə keçməlidirlər. Yemək çox yeməmək, mayedən daha artıq istifadə etmək lazımdır .

Şərqiyyə Nəbi