Soyuqdəyməniz varsa, bu resepti yoxlayın


Viruslar artdıqca insanlar tez-tez xəstələnməyə başlayır. İmmunitet zəiflədikcə halsızlıq, iştahasızlıq yaranır. Nəticədə zəif düşən bədənin sağalma prosesi də gecikir.

Axşam.az soyuqdəymənin qarşını alacaq resepti təqdim edir:

Tərkibi:

150-200 qram təzə zəncəfil (və ya tozu)

5 kiçik dilim təzə sarıkök (və ya tozu)

4 limon

1 çay qaşığı qara bibər

2 xörək qaşığı bal (veganlar ağcaqayın siropundan istifadə edə bilər)

Hazırlanması:

Zəncəfil, limon və sarıkökün qabıqlarını soyun. Bütün inqrediyentləri mikserdən keçirin və buz qəliblərinə töküb soyuducuya qoyun. 1 stəkan qaynar suya 1 ədəd buza çevrilmiş parçanı atıb qarışdıraraq için. Əgər inqrediyentləri toz şəklində istifadə edəcəksinizsə, yarım stəkan sudan istifadə edin.

Qeyd: Əgər burada adı keçən hər hansı inqrediyentə qarşı allergiyanız varsa, içməyiniz tövsiyə olunmur.