İcbari tibbi sığorta ilə bağlı qanunda YENİLİK

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə, icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2024-cü il yanvarın 1-dək təxirə salınıb.
Belə ki, sözügedən Qanuna əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Xatırladaq ki, dəyişikliyə qədər, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.