Hər gün çay içmək orqanlara  necə təsir  edir?

Çay hər kəs üçün əvəzolunmaz içkidir. Bəs, hər gün çay içmək orqanizmə necə təsir edir? Sherg.az türk mediasına istinadən xəbər verir ki,  tərkibində A, D və B12 vitaminləri, həmçinin natrium və kalium olan çay içdikdə orqanizmimizə həm müsbət, həm də mənfi təsir edir.

1- Qan təzyiqini aşağı salır

Hər gün qara çay içmək qan təzyiqini tarazlaşdırmağa kömək edir. Xüsusən də yüksək təzyiq şikayətləriniz varsa, nizamlı olaraq çay içərək dincələ bilərsiniz.

2-Xolesterolu aşağı salır
Yüksək xolesterol ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hər üç nəfərdən biri yüksək xolesteroldan əziyyət çəkir və kişilər qadınlardan daha çox risk altındadır. Hər gün qara çay içdiyiniz zaman xolesterolunuzu aşağı sala və balanslaşdıra bilərsiniz.

3- Çürüklərin qarşısını alır
Ağız sağlamlığı üçün çox faydalı olan çay dişlərdəki boşluqlara yerləşmiş bakteriyaları öldürə və kariyesin yaranmasının qarşısını ala bilər. Gündə 3 stəkan çay dişlərinizi çürüklərdən qoruya bilər.


4- Diabet riskini azaldır
Hər gün çay içmək 2-ci tip diabetə səbəb olan qan şəkəri balanssızlığından qoruyur. Təbii ki, çaya şəkər əlavə etməsəniz... Unutmayın ki, şəkərli diabet yarım milyard insanı əhatə edən çox yayılmış bir xəstəlikdir.

5- Baş ağrısına səbəb ola bilər
Hər şeyin artıqlığı zərərlidir, təbii ki, bu qayda çaya da aiddir. Hər gün çox çay içmək miqren, baş ağrısı və əsəbiliyə səbəb ola bilər. Çayın tərkibindəki kofein miqdarı çox olduğundan, həddindən artıq istehlakdan qaçmaq lazımdır.

6- Yuxu problemlərinə səbəb ola bilər
Nahardan sonra bir və ya iki fincan çay həzmi dəstəkləyir və sağlam yatmağınıza kömək edə bilər. Digər tərəfdən, həddindən artıq çox olmaq yuxuya getməyinizı əngəlləyər. Tərkibində yüksək kofein olduğu üçün çayın həddindən artıq istehlakı narahatlıq, stress səviyyələrini artıra və yuxu problemlərinə səbəb ola bilər.

Turan