Nurofen-lə bağlı xəbərdarlıq - Təhlükəlidir

Soyuqdəymə zamanı geniş istifadə olunan Nurofen-lə bağlı araşdırmalara başlanılıb.
Bakupost.az bildirir ki, mütəxəssislər dərmanın tərkibindəki aktiv maddənin beyni məhv etdiyini irəli sürüblər.
Nurofen kimi soyuqdəymədə istifadə olunan bənzər dərmanların bir sıra nadir beyin xəstəlikləri ilə əlaqəli ola biləcəyinə dair şübhələr də diqqət çəkib.
Məsələ ilə bağlı Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) araşdırmalara başlayıb.
Agentlik mövcud sübutları nəzərdən keçirdiklərini və araşdırma nəticəsində psevdoefedrin dərmanları ilə bağlı qaydaların dəyişdirilməsinin lazım olub-olmamasına qərar verəcəklərini bildiriblər.