Yeməkləri falqa içində bişirmək bir çox xəstəliklərə səbəb olur
Həkim-toksikoloq Mixail Kutuşovun fikirincə, yeməkləri falqa içində bişirmək qalxanabənzər vəzin funksiyasının pozulmasına, piylənməyə və xərçəngə səbəb ola bilər. Onun sözlərinə görə, falqa hormonal disbalansa səbəb ola biləcək ksenoestrogenlərin daşıyıcısıdır. Ksenesterogen insan bədənində qadın hormonları - estrogenlər kimi maskalanan kimyəvi maddələrdir. Onlar çox yığıldıqda, hormonal balanssızlığa səbəb olur.
Həkim xəbərdarlıq edib ki, belə kimyəvi maddələr qalxanabənzər vəzin funksiyasının pozulmasına, piylənməyə, həmçinin xərçəngə, sonsuzluğa və digər patologiyalara səbəb ola bilər. Bundan əlavə, falqa alüminium olduğu üçün zərərlidir.“Alüminium böyrəklərdə, qalxanabənzər vəzdə, beyində toplana və müxtəlif xəstəliklərə səbəb ola bilər. Falqanı perqamentlə əvəz etməyi məsləhət görürəm. Belə material məhsulları yandırmaqdan mükəmməl qoruyur və nəmi yaxşı saxlayır, həmçinin bədən üçün zərərli toksinləri istehlak etmir”.
Həkimlərin fikrincə, alüminium hüceyrələrin böyüməsini və inkişafını ləngidir, sinir sisteminə mənfi təsir göstərir və bəzi məlumatlara görə, bədxassəli şişlərin yaranmasına kömək edir. Çox vaxt alüminium qırmızı ət və quş əti ilə təmasda olduqda təhlükəli olur. Alüminiumun sərbəst buraxılması pendir, limon, ədviyyat və duzun əlavə edilməsi ilə artır. Həkimlər bu yeməkləri falqa ilə bişirməkdən imtina etməyi məsləhət görürlər.
Qida məsələləri üzrə ekspert Ağa Salamovun “Şərq”ə açıqlamasına görə, sobanın istiliyi 200 dərəcədən artıqdırsa, nəyisə falqaya büküb bişirəndə bu, qidanın çirklənməsinə səbəb olacaq:
“Həmçinin turşuluq dərəcəsi yuxarı olan qida məhsulları var, məsələn, qatığın ağzını falqa ilə bağlayıb sonra alüminium falqanı qaldıranda görürük ki, qida çirklənib. Limon sıxılan ət, balıq məhsullarını, yaxud sulu yeməkləri falqaya büküb sobaya qoyanda, turşuluğu çox olan qida məhsullarında çirklənmə baş verir. Məsələn, şorbaları isidəndə üzərinə alüminium falqa vurulur. Bu da qidada alüminiumla çirklənməsinə səbəb olur. Ona görə də çalışmaq lazımdır ki, alüminium falqadan az istifadə olunsun. Məsələn, falqa kağızı tefal tavaya sərib, üzərində balıq bişirə bilərlər ki, tavanın zəhəri qidaya keçməsin. Lakin 200 dərəcə sobada bişirdiyimiz yeməyə artıq xərçəng hüceyrəsi bulaşdıra bilir. Bu səbəblə ən yaxşısı yağlı kağızdır”.
Ekspertin sözlərinə görə, bəzi insanlar sadəcə qidaların bişirilməsi zamanı yox, ət və ət məhsullarını falqaya büküb dondurucuya qoyurlar:
"Bu da tövsiyə edilmir. Dondurucudan çıxardıqda artıq qida məhsulu çirklənmiş olur. Dərin dondurucuda məhsulların politelin qablarda saxlanılması məqsədəuyğundur. Məsələn, alüminium qablar da var. Qatıq, limon suyuna batırılmış ət alüminium qabda saxlanılan zaman zəhərlənmə baş verə bilər. Alüminium qablar əvəzinə qida məhsullarını paslanmayan, zəhər buraxmayan qablarda saxlamaq tövsiyə olunur. Bunlar keramika, şüşə, politelin qablar ola bilər”.
Ekspertin sözlərinə görə, alüminium qabların insan orqanizmi üçün başda sümük xəstəlikləri olmaqla, qan azlığı, sümük əriməsi, əqli cəhətdən geri qalmaq, xərçəng və sairə kimi zərərləri var:
“Təbii ki, bu proses tədricən baş verir. Yemək bişən zaman kirli buxar qalxır, buxar alüminiumla reaksiyaya girdiyi zaman, qidalara konserogen maddələr keçir. Bu da tədricən fəsadlara yol açır”.