"Şimal limonu" 

Zirinc arterial təzyiqin və qanda şəkərin tənzimlənməsinə müsbət təsir edir

  Zirinc C vitamini ilə zəngin olduğu üçün onu belə adlandırırlar.
Zirincin tərkibində həm də nadir maddə "berberin" var ki, bu maddə qara ciyərin, öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir, öd qovucu təsir edir.

  "Ağır" qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən zirinc tez-tez ət yeməklərinə əlavə olunur. Zirinc arterial təzyiqin və qanda şəkərin tənzimlənməsinə müsbət təsir edir.

Onun tərkibində olan 19 müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdən artıq yağların xaric olmasını sürətləndirir. Lipid mübadiləsini tənzimləyir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır. 

Çox gözəl iştahartırıcı təsiri vardır. Zirincin tərkibində A vitamini, beta karotin, zeaksantin olduğuna görə gün ərzində bir ovuc qəbul etmək gözün görmə qabiliyyətini artırır.