Bayden xərçəngdən əməliyyat olundu


Bayden xərçəngdən əməliyyat olundu 

ABŞ prezidenti Co Bayden bir neçə ildir ki, xərçəngə görə müalicə alırdı.

“Medicina” məlumatına görə, Reuters ABŞ liderinin müalicə həkiminə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bədxassəli dəri şişinin çıxarılması üçün uğurlu əməliyyat keçirib.

Həkimin sözlərinə görə, Bayden fevral ayında aparılan biopsiyadan sonra karsinomadan xəbərdar olub.
Bundan sonra onun dermatoloji müalicəyə davam etməsi lazımdır.

Xatırladaq ki, 2022-ci ilin yayında Bayden ətraf mühitin çirklənməsinin təsiri nəticəsində xərçəng xəstəliyinə tutulduğunu açıqlamışdı.