Pediatrın həyat yoldaşı şok keçirib! – Bu antibiotik ölüm saçır! -NİYƏ?

Pediatr Aytən İsmayılzadənin həyat yoldaşı antibiotikdən şok keçirib.
Bu barədə sosial media hesabında açıqlama paylaşan A.İsmayılzadənin  sözlərinə görə, antibiotik vurduran həyat yoldaşı ona zəng edərək özünü pis hiss etdiyini deyib: "Antibiotik vurdurduqdan  bir qədər sonra  boğulma, sinəsində sıxılma, bədənində iynəbatma, göynədici qaşınma hiss edib, gözləri yaşarıb, üzü, əlləri şişib. 

Tez aptekdən iki prednizalon, bir suprastin alıb venaya vurdurmasını dedim. Dərmanları alan zaman aptek işçilərindən venadaxili infuziya etməyi xahiş etsə də, əczaçılar  tibbi yardımdan imtina ediblər. Özüm də danışdım ki, həkiməm, narahat olmayın, bu iynədən pis bir şey olmayacaq, vəziyyətdən çıxması üçün indi vaxt itirmədən vacibdir. 

Xanım dedi yox ki, yox, aptekdə iynə vurmağa icazə yoxdur, vura bilmərəm. Yəni xanım işindən qorxdu əlbəttə. Çünki ona belə tapşırılıb. Ancaq cəmiyyətdə işinə görə narahat olduğu qədər insan həyatına görə də narahat olan üzvlər olsa, daha yaxşı olar".

Daha sonra pediatr həyat yoldaşına yaxınlıqdakı xəstəxanaya getməyi məsləhət görüb. Yanında olan dostunun köməyilə yaxınlıqdakı poliklinikaya gedib və iynələr vurulduqdan sonra vəziyyəti düzəlib. A. İsmayılzadənin sözlərinə görə,  deyib ki, anafilaktik şok tez, sürətli inkişaf edə bildiyi kimi, bir müddət sonra da kəskin şəkildə özünü göstərə bilər:

“Bu səbəbdən həkim hər kəsin venadaxili inyeksiyanı bilməsini vacib hesab edir. Onun sözlərinə görə, şok getdikcə təzyiqin kəskin enməsi, huşun itməsi, ölüm ilə nəticələnə bilər. Əgər ilk yardımdan sonra əlamətlər keçməsə, mütləq xəstəxanaya müraciət etmək lazımdır.  

Onu da deyim ki, şok verən antibiotik (seftiakson) əvvəllər ona vurulmuşdu. Yəni bədəni götürən antibiotik idi. Sadəcə bu dəfə eyni tərkib başqa firma olub. Ola bilər ki, heç flakonda həmin seftriakson molekulu olmaylb. Bunu araşdırmaq lazim. Siz yenə də hər ehtima, antibiotik kursuna sınaq ilə başlayın. Əvvəl vurulmuş olsa da".
Həkimin sosial şəbəkə hesabında yazdığı bu məlumatı bir çox istifadəçilər təsdiqləyiblər. Bildirilib ki, son vaxtlar vurulan antibiotiklərin əksəriyyəti eyni tərkib deyilsə də, şok verir.

A.İsmayılzadə sonda qeyd edib ki,  anafilaktik şok həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir. 

Anafilaktik şok sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya (orqanizmin toxumalarında oksigenlə təchizatın və ya onun mənimsənilməsinin pozulması ilə müşahidə olunan hal) yaradır və həyati vacib orqanları zədələyir. Bu hal, əsasən, allergik xəstəliklərdən əziyyət çəkən insanlarda inkişaf edir. Dünyada dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır: “ Dərman preparatları - antibiotiklər, vitaminlər, qeyri-steroid iltihab əleyhinə preparatlar, heyvan qanından alınmış zərdablar, vaksinlər, zərqanadlı həşəratların zəhəri, qida allergenləri - toyuq yumurtası, süd, soya, balıq və dəniz məhsulları, bitki tozcuqları allergenləri, lateks allergenlər - cərrahi əlcəklər, soyuğa qarşı reaksiyaya meylli şəxslərdə soyuğun təsiri ilə bağlı amillər, qida allergenlərinin təsirindən sonra fiziki gərginlik və qeyri-adekvat aparılmış ASİT (allergen spesifik immunoterapiya) – bütün bunlar anafilaktik şok vəziyyətini törədə bilən səbəblərdir.

Anafilaktik şok zamanı təxirəsalınmaz yardım üçün ayaq nahiyələrini azca qaldıraraq xəstəni uzanıqlı vəziyyətə gətirmək, dilin arxaya sallanması, asfiksiya və qusuntu kütlələri ilə aspirasiyanın qarşısını almaq məqsədi ilə başını yan tərəfə çevirmək, alt çənəni irəli çəkmək lazımdır. Eyni zamanda təmiz havanın daxil olmasını təmin etmək və ya imkan varsa, oksigen terapiyası aparmaq gərəklidir. Tənəffüs pozulması olan xəstələrdə tənəffüsün asanlaşması məqsədi ilə oturaq vəziyyətə üstünlük verilə bilər”.