Hepatit B - Bədənimizdə olan gizli təhlükə 

Dünyada milyonlarla insan gündəlik həyatlarını sürərək, heç ağıllarına gətirə bilməzlər ki, onlar illər boyunca orqanizmlərində gizli təhlükə daşıya bilərlər. Hepatit B virusu, qaraciyərə zədələnmə gətirdiyi qədər ağrı versəydi, insanlar tez bir zamanda həkimə müraciət edib, virusu aşkarlayıb, vaxtında müalicəsini ala bilərdi. 

Təəssüflər olsun ki, xəstəliyin gedişi simptomsuz keçir, ona görə də çox insan bu gizli təhlükənin qurbanına çevrilir. Hətta, insanlar başqa səbəblərdən bəzi müayinələrdən keçsələr də, hepatit B-ni aşkarlamaq həmişə asan olmur. Sırf hepatit B-in aşkarlanması üçün xarakterik olan analizləri vermədən, heç bir insan əminliklə deyə bilməz ki, onda bu virus yoxdur. Qaraciyər müayinəsi üçün istifadə olunan ən sadə və həssas üsul ultrasəs olmağına baxmayaraq, xəstəliyə yoluxmuş insanlar uzun illər bu müayinədən normal nəticə əldə edirlər. Yalnız xəstəliyin irəli dövründə qaraciyərdə dəyişiklikləri görmək olur və adətən bu artıq xəstəliyin gecikmiş mərhələsidir. Ədəbiyyat məlumatlarına görə, Azərbaycan HbsAg-in orta səviyyədə yayılan əraziləri sırasına aid edilir. İcbari şəkildə keçirilən skrininq müayinələri (donorlar, hamilələr, əməliyyat öncəsi tibbi baxışvə s.) gizli və simptomsuz keçən virus hepatitlərin aşkarlanmasına yol açır. Qan təmasından, cinsi yolla və ya anadan-uşağa yoluxma baş versə də, yoluxanlarınəksəriyyəticiddi problem olmadan öz-özünə sağalır, az qismi isə uzunmüddətli xroniki xəstəliyə malik olurlar. Hepatit B virusu açıq havada bir həftə yaşaya bilir və hepatit C-dən 10 dəfə, HİV-dənisə 100 dəfə daha yoluxucudur. Xroniki xəstələr əsasən iki fərqli qrupa bölünür. Bir qismində insanın immun sistemi virusu kontrol altına alıb, çoxalmasın aimkanvermir, az miqdarda bədəndə saxlayır, lakin bu xəstələrdə qaraciyər sirrozu inkişaf etmir və hepatit B-nin bu növündə müalicəyə ehtiyac olmur. Bu xəstələri heç hepatitlə qarşılaşmayan insanlardan o amillər fərqləndirir ki, onlar qan və ya orqan donoruola bilmirlər. Bu şəxslər immun sistemini zəiflədən müalicə metodları zamanı profilaktik müalicə almalı və qaraciyər xərçənginin əmələ gəlmə riski az olsa da, vaxtlı-vaxtında onun skrininqini etməlidirlər. İkinci qrupda isə immun sistem virusa hakim gələ bilmədiyindən, virusun midarı çox olur, qaraciyər zədələnməsi getdikcə artır və nəticədə qaraciyərdə çapıq toxuması yaradaraq, sirroz və qaraciyər xərçənginə səbəb olur. Qeyd etmək lazımdır ki, dünyada XX əsrin sonlarından başlayaraq donor qanının hepatit B virusuyoxlanıldıqdansonra qan köçürülmə zamanı virusun yoluxmasında əhəmiyyətli dərəcədə azalma müşahidə olunub. Lakin, bəzən hepatit B virusu olmayayan donor qanındanda infeksiyasının yoluxması qeydə alınmışdır. Sonrakı dövrlərdə B hepatiti infeksiyasının daha bir klinik növü - okkult, ya da gizli B hepatiti müəyyən edilib. Gizli infeksiya zamanı standard hepatit testləri normal dəyərlərdə olsa da, virusları qaraciyər toxumasında və ya qan zərdabında daha həssas analizlərlə aşkar etmək olar. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə donor qanının müayinəsində ənənəvi testlərlə yanaşı, gizli hepatit virusunu təyin etmək üçün əlavə yüksək həssaslığa malik testlərdəndə istifadə olunur. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində isə donor qanının yoxlanmasındabu qədər dəqiq müayinələrdən istifadə edilmir və bu vəziyyətlərdə şübhəsiz gizli B hepatitinin yayılma səviyyəsini müəyyən etməkdən olmur.
İlk dəfə Azərbaycanda gizli B hepatitinin rastgəlmə tezliyinin araşdırılmasına Sevda Ağayeva həkimin elmi işi həsr olunub. O, donorların və fərqli xəstə qruplarında virusun rastgəlmə tezliyini araşdırıb, nəticələri müqayisə edib. Doktor Ağayevanın tədqiqatının nəticələrinə əsasən, Azərbaycandadonorlar arasında okkult hepatit virusunun rastəlmə tezliyi az olsa da, yanaşı hepatit C virusu olanlarda, yoluxma yolu eyni olduğu üçün yayılması 4 dəfə yüksəkdir. Yoxlanılan insanların arasında okkult infeksiyasının ən çox rastqəlmə tezliyi genetik qan xətəlikləri olan və çox saylı qan köçürmələrinə ehtiyacı olanlar, bununla yanaşı QİÇS və hepatit C xəstələr qrupudur. Bu xəstə qrupların arasında da daha yaşlı olanlar, təkrar qan köçürmələri, müxtəlif əməliyyatlar və tibbi manipulyasiyalardan keçənlər çoxluq təşkil edir. Xəstə insanların heç bir şikayəti olmadığına görə, onlar özlərini sağlam hesab edib, virusu yaymağa davam edirlər. 
Ölkəmizdə  2001-ci ildən başlayaraq hepatit B virusuna qarşı peyvənd təqviminə daxil edilib. Bu vaksin aşkar və gizli B hepatiti, həmçinin də hepatit B virusu ilə birgə yoluxan və ancaq onun səyəsində inkişaf edən,effektiv müalicəsi olmayan Delta hepatitindən də qoruyur. Vaxtında peyvənd olmaqla, onun qoruyuculuğunu yoxladıb, anti-cisimlərin əmələ gəlməyindən əmin olmaqla, hepatit B virusundan tam qorunmaq mümkündür. Hər kəsə zamanında peyvən olunub, həyatı virusdan qorxmadan yaşamaq tövsiyyə olunur.