Canan Karataydan möhtəşəm resept: “Bunu edin, heç xəstələnməyəcəksiniz”

Qardaş Türkiyədə sağlam qidalanma üzrə ən güclü mütəxəssis sayılan Canan Karatay payız-qış aylarına hazırlığın nədən başlanmalı olduğunu açıqlayıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, qida mütəxəssisi soyuq havalarda hər dərdə dərman “tarhana şorbası”nın doğru hazırlanma reseptini təqdim edib. 

Türkiyədə çox məşhur olan “tarhana şorbası” bildiyimiz bəzi ərzaqların qurudulması nəticəsində əmələ gəlir. Xanımlar bəzi ərzaqları qurudur, qarışdırır, sonra bu qarışığı üyüdür və qışa tədarük edirlər.  Canan Karatay tarhana şorbasını bütün zamanlar üçün ən yaxşı dərman, bütün xəstəliklərin düşməni  adlandırıb. Onun sözlərinə görə, tarhana şorbası soyuq havaların vazkeçilməzidir. Amma əsas şərt onu doğru-düzgün hazırlamaqdır. Mütəxəssis şorbanın hazırlanma qaydasını dəqiqliklə açıqlayıb. Onun sözlərinə görə, yemək bişirilən qazana qoyulan ərzaqlar tam bişdikdən sonra tarhana otunu bişmiş ərzaqlarla birlikdə bir qabın içinə yerləşdirmək, ərzaqlar soyuduqdan sonra üzərinə un və süzmə qatıq əlavə edib hamısını birlikdə yoğurmaq lazımdır. Yuyulmuş cəfəri, dərəotu (şüyüd), ağ, qara reyhanı doğrayıb yoğrulmuş kütlənin üzərinə əlavə edirlər. Hamısını bir yerdə yaxşıca yoğururlar. Sonra bu kütlənin üzərinə yenə əlavə un səpirlər. Və üzərinə adi ağ bez parça qoyaraq təkrar yoğururlar. Xəmirə müəyyən aralıqlarla un əlavə edilir. 5 gün ərzində 1 çay stıkanı un işlənməlidir. Yəni, unu az miqdarda, fasilərlə əlavə etmək lazımdır. Sonra kütlənin üzərini örtüb bir müddət bu vəziyyətdə saxlayırlar. 5 gün sonra xəmir mayalanmış olmalıdır. 2 gün keçdikdən sonra eyni proses yenə təkrarlanır. Bu dəfə xəmirə duz da əlavə olunur. Bundan sonra xəmirin qurudulması mərhələsi başlayır. Xəmiri quru və sərin yerə qoyurlar. Təmiz parçanın üzərində xəmir xırda kündələrə bölünür. Bu vəziyyətdə qurudulur. Qurmuş xəmiri ətmaşınından keçirmək,  ya da uyğun bir vasitə ilə üyütmək olar. Üyüdülmüş ərzağı yenə də təmiz bez parça torbalara yığıb sərin və quru yerdə saxlamaq lazımdır. Payız, qış aylarında bu hazır üyüdülümş kütlədən ailə üzvlıərinin sayına uyğun qaynayan suya töküb bişirlər. Tarhana şorbası soyuqdəyməyə qarşı ən sınanılmış yeməkdir.