Denge qızdırması sürətlə yayılır: Professor ehtiyyatlı olmağa çağırdı

Filippində bu il yanvarın 1-dən iyunun 15-dək denge qızdırmasından ölənlərin sayı 205-ə çatıb. Ölkənin Səhiyyə Departamenti xəstəliyin artması ilə bağlı xəbərdarlıq edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ilin əvvəlindən ölkə üzrə ümumilikdə 77 min 867 nəfər bu xəstəliyə yoluxub və keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım qeydə alınıb.
Səhiyyə katibi Teodoro Herbosa mübarizə üçün gec olmadığını vurğulayaraq bununla bağlı tədbirlər görməyin vacibliyini vurğulayıb. O, həmçinin yerli hakimiyyət orqanlarını ağcaqanadların çoxaldığı yerlərin axtarışı və məhv edilməsi kimi mühüm vəzifəni həyata keçirməyə çağırıb.
Qeyd edək ki, mayın 29-da Filippində yağışlar mövsümü başlayıb. Dəyişən hava şəraiti, daşqınlar və çirklənmiş suyun yığılması səbəbindən su ilə ötürülən infeksion xəstəliklər kimi, denge qızdırması da pik həddə çatıb.
 
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, denge qızdırması hemoroid qızdırmadır:

“Denge infeksiyon xəstəlikdir və virus vasitəsilə yayılır. İnsandan insana bunun keçməsi baş vermir. Lakin bunu yayan həşəratlardır. Xəstə insanın və ya heyvanın qanını sağlam insana keçirə bilər. Adətən bu Asiyanın bəzi yerlərində yayılır. Hələ ki, dünyada pandemiya və böyük epidemiya yaratmaq təhlükəsi yoxdur. Ancaq buna güvənmək olmaz. Çünki təhlükəli qızdırmadır. Bədəndə güclü zəhərlənmələr ilə də müşahidə edilir. Temperatur 39-40 dərəcəyə qədər yüksəlir. Xəstələrdə ensafalit, tromboflebit və plevrit kimi ağırlaşma olur. Xəstəlik quru öskürək və bədəndə səpgilərlə müşayiət olunur. Ümumiyyətlə xəstəliyin müalicəsi yoxdur. Qızdırmanı salmaq üçün vena daxili infuziyalar edirlər. Bu zaman qeyri spesfik ağrı kəsicilərdən, yəni nurofen və diklofenatdan istifadə etmək olmaz. Çünki onlar qanı durulaşdırır. Düşünürəm ki, transsərhəd zonalarda məsələlərə düzgün riayət etsək Azərbaycanda belə təhlükə olmaz”.