20-yə yaxın xristian Avropa ölkəsi, o cümlədən digər qeyri-müsəlman - Avstraliya, Yeni Zelandiya, Kanada və Yaponiya kimi ölkələr Çin hökumətinə müraciət ediblər. Ümumilikdə 22 ölkənin səfirləri illərdir çin zülmünə məruz qalan uyğur türkləri ilə bağlı kəskin mövqe ortaya qoyaraq, Şərqi Türküstan düşərgələrində saxlanılan uyğur türklərinin dərhal azadlığa buraxılmasını tələb ediblər.
Müraciətdə Çin hökumətinin Sincanda uyğur türklərini və müsəlman dininə mənsub digər azlıqları səbəbsiz yerə həbs etməsi pislənilib, işgəncə və təcavüz hallarına son verilməsinə çağırış edilib. Əlbəttə, 22 ölkənin birgə imzaladığı müraciətin nə qədər səmimi və ya qeyri-səmimi olması məsələnin başqa tərəfidir.
Amma maraqlı və bir o qədər də məyusluq doğuran məqam odur ki, sözügedən məktubu imzalayan ölkələr arasında heç bir türk və müsəlman dövləti yoxdur. Halbuki müsəlman-türk uyğurların zülmə uğramasına ilk qarşı çıxması gərəkən ölkələr məhz islam dövlətləri olmalı idi..
Müsəlman və türk ölkələrin Çin hökumətinin zülmü altında inləyən uyğurlara biganə olmasının səbəbləri ilə bağlı “Sherg.az”a danışan tanınmış türkoloq-alim, professor Firudin Cəlilov deyib ki, hansı ölkənin Çinlə birbaşa iqtisadi əlaqəsi, ticarət sövdələşməsi varsa, onlar uyğur türkləri məsələsində səssiz qalçmağa üstünlük verirlər:
“Çünki ticarətlərinə ziyan gəlməsini istəmirlər. “G-20” sammitində yaponlar küçələrə çıxaraq Çin hökumətinin uyğurlara qarşı etdiklərinə etiraz bildirdilər. Başqa bir çox ölkədə də Çin səfirliklərinin qarşısında ettiraz aksiyaları oldu.
Dünyanın gözü önündə uyğurlara qarşı əsl soyqırımı tətbiq edirlər. Kamplarda uzun müddət əsir edir, ana dilində danışmağa qoymur, faşizmdən daha betər zülmə məruz qoyurlar. Lakin heç kimin səsi çıxmır. Əslində, Çin hökuməti uyğurları müsəlman olduqları üçün sıxışdırır, başlarına oyun açırlar.
Onları namaz qılmağa, ibadət etməyə qoymur, məscidləri bağlayırlar. İslamı “terrorçu” hazırlayan bir din kimi qələmə verirlər. Amma islam ölkələrinin heç biri dəhşətli zülmün pəncəsində qalan uyğurları müdafiə etmirlər. Türk dövlətləri də səslərini çıxartmır. Niyə Çindəki türk ölkələrinin səfirlikləri bəyanat vermirlər? Bu, çox dəhşətli mənzərədir”.
Professorun sözlərinə görə, türk ölkələri arasında birlik yoxdur, onlar bir-birilərini müdafiə etmirlər:
“Bunun kökündə türk məmləkətlərinin başında milli özəlliyə xas dövlət başçılarının olmaması dayanır. Türk dövlətləri bir yerdə Çinə qarşı kəskin bəyanat verməlidir. Şərqi Türküstanda təkcə uyğurlar yaşamır, orada qazaxlar, qırğızlar, özbəklər də var. Təkcə uyğurların yox, oradakı bütün türklərin başına oyun açırlar. Gözləntilərimiz daha çox Türkiyə dövlətindəndir.
Rəsmi Ankara məsələyə kəskin münasibət bildirməlidir. Dövlətlər rəsmi addım atmasa belə, türk xalqlarının uyğurlara biganə qalması yaxşı hal deyil”.
“Müsəlman-türk dövlətləri zülmün pəncəsində qalan uyğurları müdafiə etmirlər”
16:15 11.07.2019
Siyasət
1046
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ölkələr müdaxilə etmək istəyir, biz isə... - Çelik
20:19 27.01.2025
Siyasət
Ukraynanın dövlət borcu fantastik həddə çatdı
20:13 27.01.2025
İqtisadiyyat
İngiltərədə daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib
20:05 27.01.2025
Dünya
Vatsapda yenilik
19:52 27.01.2025
Texnologiya
Aİ Moldovaya 30 milyon avro ayırıb
19:45 27.01.2025
Siyasət
Bu ölkənin Fransadan tələbi: Məsuliyyəti üzərinə götür!
19:33 27.01.2025
Dünya
Bəşəriyyəti nasizmdən sovet xalqı azad etdi - Putin
19:27 27.01.2025
Siyasət
İqtisadi Şuranın iclası keçirilib
19:21 27.01.2025
İqtisadiyyat
Antalyada 12 mərtəbəli binada yanğın olub
19:10 27.01.2025
Dünya
Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanılıb
19:03 27.01.2025
Hadisə
ABŞ-da maşın azarkeşlərin üzərinə sürüldü: 30-a yaxın insan...
18:57 27.01.2025
Hadisə
Macarıstan Rusiyaya qarşı sanksiyalara qoşula bilər
18:51 27.01.2025
Dünya
Ötən il metroda daşınan sərnişin sayına görə rekord qeydə alınıb
18:34 27.01.2025
Cəmiyyət
İsrail HAMAS-ın daha bir komandirini zərərsizləşdirib
18:29 27.01.2025
Dünya
Bakıda daha bir klinikada ölüm
18:24 27.01.2025
Hadisə
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
18:18 27.01.2025
Region
Gürcüstan və Macarıstan parlamentləri saziş imzaladı
18:13 27.01.2025
Siyasət
"Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib
18:07 27.01.2025
İdman
Məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydası təsdiqləndi
18:02 27.01.2025
Sosial
Slovakiyada ilk dəfə polisə qadın rəhbərlik edəcək
17:49 27.01.2025
Dünya
Prezident onların da maaşını artırdı -Fərman
17:43 27.01.2025
Ölkə