"Paşinyanın məsuliyyətsiz sözləri həmsədrlər tərəfindən təcili qınanmalıdır" - Siyasi elmlər doktoru
13:46 06.08.2019
Siyasət
925
“Paşinyanın Qarabağı “Ermənistan ərazisi” hesab etməsi siyasi sərsəmlikdir”. Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, erməni baş nazirin çıxışı hər gün bir az daha çox azalan reytiqinin yüksəlməsi üçün daxili auditoriyaya hesablanmış populist müraciətdir:
“Məsələ ondadır ki, dediyi sözlərə onun özü belə inanmır. Aprel döyüşlərindən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ancaq hazırki vəziyyətdə bir ölkənin rəsmi baş nazirinin başqa dövlətin torpaqlarını “özününki” hesab etməsi və oraya səfərə gəlməsi beynəlxalq hüququn pozulmasıdır. Eyni zamanda Ermənistanın işğalçı dövlət olmasının sübutudur”.
Parlament üzvünün sözlərinə görə, Paşinyanın məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanmalıdır:
“Çəkindirici tədbirlərə əl atılmalıdır. Əks təqdirdə bü cür davranışlar müharibə səbəbidir. Azərbaycanın bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti var. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırım sürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib problemin həlli ilə bağlı konkret addımlar atsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Stoltenberq Bilderberq Klubuna rəhbərlik edəcək
04:39 27.12.2024
Siyasət
Öskürəyi kəsən möcüzə resept: 1 xörək qaşığı yetər
03:42 27.12.2024
Sağlamlıq
Putin: Rusiya hələ də Ukraynaya pul ödəyir
03:28 27.12.2024
Dünya
Ukraynanı bu "kompromisə" inandıracaqlar? - Polkovnik
02:40 27.12.2024
Siyasət
Zelenskinin legitimliyi müzakirə predmetidir - ŞƏRH
02:23 27.12.2024
Siyasət
Bəşər Əsəd bənzəri ssenari Liviyada da yaşana bilər - ŞƏRH
02:07 27.12.2024
Gündəm
Baxıb öyrənirlər: Ailə institutlarını dağıdan elə valideynlərdir
01:59 27.12.2024
Gündəm
Qəzzada İsrailin endirdiyi zərbə nəticəsində 50-yə yaxın şəxs ölüb
01:36 27.12.2024
Dünya
Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
00:19 27.12.2024
Hərbi
Putin: Avropada qazın qiyməti yenidən artacaq
23:56 26.12.2024
Dünya
Əlcəzair Prezidenti başsağlığı verib
23:49 26.12.2024
Gündəm
Vuçiç və Zelenski arasında telefon danışığı baş tutub
23:48 26.12.2024
Siyasət
Azərbaycanda bu dərman apteklərdən yığışdırıldı
23:42 26.12.2024
Sağlamlıq
Xəzərə güllər buraxdılar - Fotolar
23:30 26.12.2024
Gündəm
Türkiyə Bosfor boğazında tranziti bərpa edib
23:22 26.12.2024
Dünya
Tbilisidə aksiya iştirakçıları magistral yolu bağlayıblar - FOTO
23:07 26.12.2024
Siyasət
Bosniya və Herseqovinanın təhlükəsizlik naziri həbs olunub
22:56 26.12.2024
Dünya
Pezeşkian Rusiyaya səfər edəcək
22:49 26.12.2024
Siyasət
Oğuzda 3 maşın toqquşdu: yaralanan var
22:38 26.12.2024
Hadisə
Valeri Zalujni Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət edib
22:04 26.12.2024
Gündəm
SEPAH nümayəndələri Azərbaycana başsağlığı verdilər
21:57 26.12.2024
Siyasət
AZAL təyyarəsi qəzaya uğradı - İsraildən qərar
21:29 26.12.2024
Dünya