“Paşinyanın Xankəndində "Qarabağ
Ermənistandır" bəyanatı ilə çıxış etməsi düşmən ölkədə olduqca gərgin siyasi şəraitin hökm sürdüyünü deməyə əsas verir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Analitik bildirib ki, Ermənistanın hazırkı iqtidarı da uğursuzluq sindromundan çıxmaq üçün ənənəvi Qarabağ kartına müraciət etmək məcburiyyətində qalıb:
“Şübhə yox ki, sələfləri hansı tale ilə qarşılaşıbsa, Paşinyanı da eyni aqibət gözləyir. Bütün bu reallıqlar bizim daha sərt ritorika ilə, istər diplomatik, istərsə də hərbi müstəvidə cavab verməyimizi istisna etmir”.