Ermənistan xaosa yuvarlanır: Paşinyana qarşı etirazlar daha da dərinləşəcək

“Paşinyan hakimiyyətinin uğursuzluğunun səbəbi, baş nazirin fəaliyyətinin sadəcə pafoslu çıxışlardan ibarət olmasıdır”

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Düşmən ölkədə iqtidara qarşı etirazları dəyərləndirən analitikin fikrincə, siyasi və iqtisadi gərginliyin digər önəmli səbəbi isə “Qarabağ klanı”nın məqsədyönlü fəaliyyətidir

“Paşinyan əvvəlcədən anlamalı idi ki, hakimiyyətə gəlmək üçün verdiyi vədləri qısa zamanda yerinə yetirə bilməyəcək. Ən azından dövlətin imkanları barədə xalqı xəbərdar etməli və müəyyən qədər möhlət istəməli idi. Lakin o hakimiyyətə gəlməyi qarantiya altına almaq üçün boş vədlər verdi və pafoslu çıxışlar etdi. Hesab edirəm ki, payızda baş verəcək proseslər ölkədəki siyasi gərginliyi artıracaq və çıxılmaz vəziyyətə gətirəcək. Amma erməni xalqının “Qarabağ klanı”nı yenidən hakimiyyətə gətirəcəyini düşünmürəm. Klanın hakimiyyətə gəlmək ehtimalı yalnız və yalnız dövlət çevrilişi ilə mümkündür. Bu isə erməni xalqından yox, rəsmi İrəvanın özünü necə aparmasından və Kremli özündən razı salıb-salmamasından asılıdır”.