İran ABŞ-la razılaşmanı müzakirə etməyə hazırdır, hansılar ki, daim qüvvədə olardı. Amma belə danışıqları "nüvə razılaşması" iştirakçı ölkələrinin formatında aparmaq lazımdır.
"Report" xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CBS telekanalına müsahibəsində bildirib.
İranın XİN rəhbəri qeyd edib ki, rəsmi Tehran danışıqlara hazırdır. Amma bu, bir yarım və ya beş il yarım qüvvədə olmamalıdır. "Biz o haqda danışmalıyıq ki, bu, daimi olacaq", - Zərif deyib.
O, vurğulayıb ki, İran 2015-ci ildə ABŞ-ın iştirakı ilə imzalanmış, 2018-ci ildə Donald Trampın imtina etdiyi Birgə Hərtərəfli İş Planını qüvvədə olan plan hesab edir.
Zərif İranın ABŞ-da danışıqlara hazır olub-olmaması barədə suala cavabında qeyd edib ki, "danışıqlar üçün yer var". O, xatırladıb ki, çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasında Birgə Hərtərəfli İş Planını imzalayan iştirakçı ölkələrin nazirləri səviyyəsində görüş keçiriləcək.
Xarici İşlər Nazirliyinin başçısı deyib ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə həmin formatdan kənar görüşməyəcək. Çünki bunun üçün səbəb görmür.
"Əslində qanuna (ABŞ qanununa-red) görə dövlət katibi Pompeoya mənimlə görüşmək qadağandır, çünki o adımı sanksiya siyahılarına daxil edib", - Zərif qeyd edib.