Erməni qubernator rus zabitin döyülməsinə görə istefa verir


Ermənistanın Vayoç-Dzorski vilayətinin qubernatoru Trdat Sarkisyan polkovnik-leytenantın döyülməsi ilə bağlı qalmaqaldan sonra istefa vermək istədiyini bildirib.

“RİA Novosti”nin verdiyi məlumata görə, məmurun sağlamlığına qəsdən ciddi ziyan vurmaq ittihamı ilə qubernatorun köməkçisi Arutyun Qriqoryan həbs olunub. Baş Prokurorluq Sarkisyanın hadisədə iştirakının mümkünlüyünü yoxlayır.

Sentyabrın 18-də hərbçilərlə regional rəhbərlik arasında yaşanan münaqişə nəticəsində Yerevandan 125 kilometr aralıda yerləşən Yexenadzor şəhərində polkovnik-leytenant və iki zabit xəsarət alıb.

Sarkisyan öz “Facebook” səhifəsində hadisə zamanı evdə olduğunu bildirərək istintaqa hadisədə iştirak etməməsinə dair faktlar təqdim edib.

Bununla yanaşı, o, hadisədə iştirakını bir daha təkzib edərək Ermənistanda siyasi etikanın və siyasi məsuliyyətin formalaşmasına böyük əhəmiyyət verdiyini, strateji təlimlər (5 oktyabr - red.) başa çatdıqdan sonra Vayoç-Dzorski vilayətinin qubernatorluğundan istefa vermək qərarına gəldiyini açıqlayıb.